...

SUMQAYITDA BUXAR-QAZ QURĞUSUNUN TİKİNTİSİ ÜÇÜN SIEMENS-Ə ƏRƏAZİ VERİLMƏSİ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLİB

Energetika Materials 22 Sentyabr 2005 15:47 (UTC +04:00)

Sentyabrın 21-də Sumqayıtda gücü 506 MVt olan buxar-qaz qurğusunun tikilməsi üçün Almaniyanın Siemens şirkətinə ərazi verilməsi mərasimi keçirilib. Azerenerji Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu proseduranın həyata keçirilməsi üçün Siemens PG-nin Avropa MDB və Avstraliya üzrə layihələrinin rəhbəri Perer Şvaqmanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Nümayəndə heyətinin tərkibinə elektrik stansiyalarının tikintisi şöbəsinin rəhbəri German Han (Hermann Hahn), Sumqayıt BQQ üzrə menecer Georq Vin (Georg Wiehn) və digər şəxslər daxil olublar. Siemens-in missiyası Sumqayıt elektrik stansiyasında olublar. Burada Azerenerji SC-nin rəhbəri Etibar Pirverdiyev onları tikinti meydanındakı vəziyyətlə tanış edib və görülən işlər barədə danışıb.

E.Pirverdiyev şirkətin ekspertlərinə həm layihə üzrə, həm də bütövlükedə Sumqayıt elektrik stansiyasındakı işlərin planı barədə məlumat verib. "Daxili bazarda enerji təchizatı məsələsinin həlli ilə yanaşı, biz həm də enerji ixracını artırmaq niyyətindəyik. Bu gün Azərbaycan Gürcüstanla enerji mübadiləsi imkanlarına malikdir və Rusiya və İranla fasiləsiz olaraq belə əməliyyatlar aparır. Nəzərdə tutulan proqramın reallaşdırılması hər bir ölkə ilə tərəfdaşlığın çox tezliklə inkişaf etdirmək imkan verir ", - deyə o qeyd edib.

SC-in prezidenti alman tərəfdaşlarına tikinti meydançasının rəmzi açarını verib. Tərəflər müvafiq protokollar imzalayıblar. Sənədlərə göstərilən elektrik stansiyasının direktoru Vüqar Şahmuradov və Georq Vin imza atıb.

Xəbər lenti

Xəbər lenti