...

"QAZEKSPORT" AZƏRBAYCANA QAZIN TƏDARÜKÜNÜ DAYANDIRIB

Energetika Materials 24 Sentyabr 2005 12:42 (UTC +04:00)

Bu gün gecə "Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturu) Dağıstanın Xasavyurt rayonunda Mozdok-Qazıməmməd qaz kəmərində baş vermiş qəza ilə əlaqədar Azərbaycana qazın tədarükünü dayandırıb. AR DNŞ-dən Trend ə verilən məlumata görə, Rusiya şirkəti gün ərzində qazın ixracını bərpa etmək niyyətindədir.

Bəzi məlumatlara görə, qaz kəmərində partlayış (1200 mm) nəticəsində uzunluğu 6 metrdən çox olan borunun bir hissəsi zədələnib. Partalyışdan zərərçəkən yoxdur.

"Qazeksport" MMC 2005-ci ilin yanvar-avqust aylarında Azərbaycana 3,246 mlrd m3 qaz tədarük edib. Bu göstərici 2004-cü ilin 8 ayı ərzində 3,002 mlrd m3 təşkil edib. Avqustda "Qazeksport" 296 mln m3 qaz tədarük edib ki, bu da iyul ayı ilə müqayisədə 54,6 mln m3 azdır. Cari ildə AR DNŞ 6 mlrd m3 qaz almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti