...

QUM-DƏNİZ YATAĞINDA YENİ İSTİSMAR QUYUSUNUN QAZMASINA BAŞLANILIB

Energetika Materials 24 Sentyabr 2005 15:11 (UTC +04:00)

ARDNŞ Qum-Dəniz yatağının işlənib-hazırlanması çərçivəsində 449 saylı istismar quyusunun qazması başlanılıb.Bu barədə Trend ə ARDNŞ-də bildirilib.Quyunun layihə dərinliyi 3700 metr təşkil edir. Qazma işləri bu həftə başlayıb.Qazmanın sutkalıq sürəti 80 metr təşkil edir. İşləri Qum adası NQÇİ-nin sifarişi ilə Qum adası qazma işləri İdarəsi aparır.

Hazırda bu quyu ilə yanaşı Qum-Dəniz -də daha 3 istismar quyusu qazılır. "Hazırda 3252 metr dərinlikdə 463 saylı quyunun qazması təkrar işlənib-hazırlanma aparılması ilə bağlı müvəqqəti dayandırılıb.Layihə dərinliyi 3300 metr təşkil edir" -deyə ARDNŞ_də bildirilib.

Layihə dərinliyi 3600 metr və 3750 metr olan 456 və 465 saylı quyularda qazma davam etdirilir. 456 saylı quyuda işlər 3105 metr dərinlikdə, 465 -də 3444 metr dərinlikdə aparılır.

Qum adası qazma işləri İdarəsi ilin əvvəlindən 2 yeni quyunu qazmadan istismara verib.NQÇİ quyular Fondu təxminən 74 quyunu əhatə edir.

Qum-Dəniz yatağının işlənib-hazırlanmasına 1955-ci ildən başlanılıb.Bu quyulardan başqa, Qum adası qazma işləri İdarəsi Hövsan və Bahar yataqlarında da qazma işləri aparır.

Xəbər lenti

Xəbər lenti