...

DÖVLƏT NEFT ŞİRKƏTİ PETROFARM AVTOMOBİL BENZİNİN SATIŞINI HƏLƏLİK BƏRPA EDƏ BİLMİR

Energetika Materials 27 Sentyabr 2005 13:12 (UTC +04:00)

Dövlət Neft Şirkəti (ARDNŞ) HƏLƏLİK Sinqapurun Petrofarm şirkətinə 92 oktan ədədli avtomobil benzinin satışını bərpa edə bilməyib. Buna səbəb Azərbaycanın daxili bazarında bu benzinə olan tələbatın artması və bu neft məhsulunun Gürcüstana ixrac olunmasıdır.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, Petrofarm Dövlət Neft Şirkəti ilə bağladığı müqavilənin vaxıtını uzatmaq istəyir. Lakin avtomobil benzinin həcminin azlığı üzündən hələlik bu mümkün deyil.

Oktan ədədli avtomobil benzini "Heydər Əliyev adına" NEZ-da (keçmiş Azərneftyanacag - ARDNŞ-in tərkibinə daxildir) istehsal olunur. ARDNŞ -in artıq Petrofarm-la bağladığı müqavilənin müddəti artıq başa çatıb və nəzərdə tutulan benzinin bütün həcmi (100 min ton avtomobil benzini) şirkətə göndərilib.

Neft məhsulu Petrofarm-a FOB satış bazisi əsasında Azneftyağ NEZ-nun balansında olan 20 saylı körpüdən yola salınıb. Petrofarm Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin tankerləri vasitəsilə benzini İranın Nek limanına çatdırıb.

Xəbər lenti

Xəbər lenti