...

YANVAR-AVQUST AYLARINDA ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ TƏRƏFİNDƏN QURUDA 644 MİN TONDAN ARTIQ NEFT HASİL EDİLİB

Energetika Materials 28 Sentyabr 2005 12:56 (UTC +04:00)

2005-ci ilin yanvar-avqust ayları ərzində birgə müəssisələr və əməliyyat şirkətləri tərəfindən 644 117 ton neft hasil edilib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 4,9% çoxdur. Bu barədə Trend ə məlumatlı mənbələrdən məlum olüb.

Avqustda müəssisələr 83029 ton neft hasil edib, bu isə iyul göstəricisindən 1518 ton çoxdur. Salyan Oil ƏŞ avqustda 29 046 ton, Shirvan Oil BM - 19 928 ton, KAOC ƏŞ- 23 789 ton, Azgerneft BM - 5580 ton, Anshad Petrol BM- 3813 ton, GOC ƏŞ - 342 ton, AzShengli - 531 ton neft hasil edib.

2005-ci ilin yanvar-avqust aylarında ƏŞ və BM tərəfindən hasil edilən neftin cədvəli aşağıdakı kimdir:

BM və ƏŞ

yanvar-avqust 2005 (ton)

2004-cü ilin yanvar-avqust ayı ilə müqayisədə % nisbəti

Salyan Oil

232698

92,7

Shirvan Oil

157112

92

KAOC

176773

150,7

Azgerneft

40571

97,4

Anshad Petrol

30486

107,1

GOC

3209

117,5

AzShengli

3268

141,6

Xəbər lenti

Xəbər lenti