...

BARMEK AZERBAYCAN 2005-2020-Cİ İLLƏR ÜÇÜN BAKININ ELEKTRİK ENERJİSİ ÜZRƏ İNKİŞAF PLANINI HAZIRLAYIB

Energetika Materials 29 Sentyabr 2005 17:25 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin enerji paylayıcı şəbəkəsinin operatoru) 2005-2020-ci illərdə Bakıda elektrik enerjisi üzrə inkişaf planını hazırlayıb Bu barədə Trend ə şirkətin vitse-prezidenti Ömər Günər məlumat verib.

Onun sözlərinə görə, hazırda planın reallaşdırılması üçün lazım olan vəsaitin həcmini müəyən edəcək sənəditn detalları üzərində iş aparılır.

Planın işlənib hazrılanması üçün xüsusi komissiya yaradılıb.

Ö.Günər qeyd edib ki, plana görə Bakıda 11 110-kV-luq və 20-yə yaxın 35 kV-luq yarımstansiyanın tikintisi nəzərdə tutulub.

Bundan əlavə, planda elektrik enerjisinə tələbatın təklif olunan həcmi, onun təmin edilməsi mənbələri və s. ibarədt bəndlər mövcuddur. Sənəddə həmçinin, yeni yüksək gərginlikli yarımstansiyaların, elektrik ötürücü xəttələrin və digər elektrik avadanlıqlarının tikintisi və rekonstruksiyası nəzərdə tutulub.

Barmek Azerbaycan əsas diqqəti Abşeron yarımadasının enerji təchizatına yönəltmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti