...

BARMEK AZERBAYCAN VERGİLƏR NAZİRLİYİNƏ $2,6 MLN. ÖDƏYİB

Energetika Materials 29 Sentyabr 2005 17:27 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt enerjipaylayıcı şəbəkəsinin operatoru) məhkəmə təhqiqatının nəticələrini gözləmədən AR vergilər nazirliyinə 12 mlrd. manat (Milli bankın 29.09.05 məzənnəsi ilə təxminən $2,62 mln.) ödəyib.Bu barədə Trend ə eksklüziv olaraq Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabul bildirib. Bu məbləğ 2003-2004-cü illər ərzində mübahisəli vergi auditinin əsasında ödənib.

Onun sözlərinə görə, bu günlərdə Azərbaycanın iqtisad məhkəməsinin bu iş üzrə qərar qəbul edəcəyi gözlənilir. "İstisna deyil ki, bizim nazirliyə ödədiyimiz vəsaitlər məhkəmə təhqiqatında qalib gəldiyimiz təqdirdə qaytarıla bilər" -deyə o qeyd edib.

Vergilər nazirliyii bəyan edib ki, Barmek Azerbaycan şirkətinin dövlət qarşısında 16 573,1 mln. manat ($3,6 mln) məbləğində borcu vardır. 2005-ci ilin iyununda verjilər nazirliyinin vergi daxilolmalarının ilkin istintaqı Departamenti 23 cinayət işi qaldırıb ki, bunlardan biri də Barmek-Azerbaijan şirkətinə qarşı qaldırılıb.

Xəbər lenti

Xəbər lenti