...

EUPEC/AZPETROL MM TÜRKMƏNİSTAN LAYİHƏSİNDƏKİ TENDERDƏ İŞTİRAKI GÖZLƏYİR

Energetika Materials 30 Sentyabr 2005 15:13 (UTC +04:00)

Eupec/Azpetrol Azərbaycan-Almaniya müştərək müəssisəsi (MM) oktyabrın sonunda Türkmənistanda neft-qaz layihəsi çərçivəsində boruların betonlaşdırılmasına dair keçiriləcək tenderdə iştirak etməyi nəzərdə tutur. Eupec/Azpetrol MM-də Trend ə bildirilib ki, bu gün müəssisə Azərbaycan layihələri çərçivəsində bütün işləri başa çatdırıb və indi ölkə hüdudlarında işlərə başlamağı nəzərdə tutur. "Hələlik istehsal güclərinin genişləndirilməsi üzrə planlarımız yoxdur" -deyə MM-də bildirilib.

Türkmənistanın oktyabrda "Blok-1" layihəsi çərçivəsində boruların betonlaşdırılması üçün tender elan edəcəyi nəzərdə tutulur.Operator Malayziyanın Petronas şirkətidir. "Blok-1"-ə üç yataq- "Qaragöl-Dəniz", "Diyarbəkir" və "Mahtımqulu" aiddir.

Eupec/Azpetrol MM-ə məxsus zavod 19 iyun 2002-ci ildə Bakıda açılıb. 25 ha ərazidə yerləşmiş müəssisənin yaradılmasında $15 mln.sərmayə qoyulub.Avadanlıq (korroziya əleyhinə örtük üçün ) Almaniyadan və ABŞ-dan (beton örtük) gətirilib. Zavodun istehsal gücü - korroziya örtük saatda 160 boru, betonlaşdırma - 130 boru. Zavodda diametri 6-dan 48 düymədək borular betonlaşdırılır.

Xəbər lenti

Xəbər lenti