...

ŞƏKİ RAYONUNDA MODUL TİPLİ ELEKTRİK STANSİYASININ TİKİNTİSİNƏ BAŞLANILIB

Energetika Materials 3 Oktyabr 2005 14:27 (UTC +04:00)

Şəkidə modul tipli elektrik stansiyasının tikintisinə başlanılıb. Azerenerji Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend in verdiyi xəbərdə bildirilir ki, AZENCO təmir-tikinti şirkətinin baş mühəndisinin müavini Nazim Şıxləliyevin sözlərinə görə, stansiya Şəki -Bakı avtomobil magistralının və dəmiryol qolunun yanında yerləşəcək. Hazırda avadanlığın və tikinti materiallarının mobilizasiyası aparılır. Onun 2006-cı ildə istismara veriləcəyi nəzərdə tutulub.

İlin sonuna kimi Azerenerji SC Astarada hər birinin gücü 8,7 MVt olan 10 modullu stansiyanı istismara verməyi planlaşdırıb. Bu stansiya idarənin 2005-2006-cı illərdə istifadəyə verəcəyi 52 stansiyadan birincisi olacaq. Bu istiqamətdə Finlandiyanın Warstila şirkəti ilə müqavilə imzalanıb.

2006-cı ildə həmçinin Bakıdakı 2 N-li İstilik Eenrji Mrkəzinin (İEM) ərazisində 12, Naxçıvan şəhərində 10, Xaçmaz rayonunun ərazisində 10 stansiyanın istifadəyə verilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti