...

SIEMENS SUMQAYIT ELEKTRİK STANSİYASININ TİKİNTİSİNİ CİDDİ QRAFİK ÜZRƏ APARIR

Energetika Materials 4 Oktyabr 2005 14:43 (UTC +04:00)

Almaniyanın Siemens şirkəti tərəfindən tikilən Sumqayıt Elektrik Stansiyası işlər qrafikə uyğun həyata keçirilir. Azerenerji Səhmdar Cəmiyyətinin (SC) mətbuat xidmətindən Trend ə verilən məlumata görə, AZENCO təmir-tikinti şirkətinin direktoru Əhmədiyyə Şahhüseynov bildirib ki, Siemensin ekspertləri ilə birgə tikinti meydanını yoxlanılıb və işin əsas istiqamətləri müəyən edilib.

SES-nın direktoru səlahiyyətlərinin icraçısının həvalə olunduğu Məmmədəli Babayev qeyd edib ki, stansiyadan 1,5 km kənarda olan dəniz sahilinin hərtərəfli monitorinqi keçirilib.

Hazırda tikinti meydanında buxar-qaz qurğusunun (BQQ) və 1 saylı qaz turbininin inzibati binalarının tikintisi aparılır. Eləcə də istifadə olunmayan avadanlıq sökülür.

Sumqayıt Elektrik Stansiyası 2007-ci ilin oktyabrında istismara veriləcək.

Xəbər lenti

Xəbər lenti