...

AZERIQAZ NOYABRA QƏDƏR YERALTI ANBARLARA QAZIN DOLDURULMASINI DAVAM ETDİRƏCƏK

Energetika Materials 4 Oktyabr 2005 15:50 (UTC +04:00)

Azeriqaz Qapalı Səhmdar Cəmiyyəti (QSC) əhalini qış mövsümündə qazla təmin etmsək üçün "Qaradağ" və "Kalmaz" qaz anbarlarına qazın vurulmasını davam etdirmək niyyətindədir. Bu barədə Trend ə Azeriqazdan məlumat verilib. Lakin bu proses hava şəraitindən asılı olacaq.

Belə ki, ehtiyağ qazın doldurulması havalar sərinləşənə kimi davam edəcək. Hazırda Azeriqaz QSC yeraltı qaz anbarlarına 900 milyn. kubmetr qaz vurub.

Bu artıq ötən ilin göstəricilərindən 280 milyon kubmetr artıqdır. İdarə gələn il anbarlara 1 milyrd. kubmetr təbii qaz vurmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti