...

AZERENERJI 2006-CI İLİN ƏVVƏLİNDƏ TENDER ELAN EDƏCƏK

Energetika Materials 4 Oktyabr 2005 16:25 (UTC +04:00)

Azerenerji Açıq Səhmdar Cəmiyyəti (ASC) 2006-cı ilin əvvəlində "Şimal" DRES-da 2-ci buxar-qaz qurğusunun tikintisinin baş podratçısını müəyyən etmək məqsədilə tender elan etmək niyyətindədir. Bu barədə Trend ə Azerenerji ASC-dən məlumat verilib. Hazırda ASC layihəni maliyyələşdirən Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə layihə çərçivəsində konsultantın seçilməsi üzrə tenderdə iştirak edəcək şirkətlərin siyahısını razılaşdırır. Bank onlardan 4-nü (2-si yapon, 2-si Avropa) seçib. İlin sonuna kimi layihə ürə konsultant seçiləcək ", - deyə ASC-dən bildiriblər.

JBIC-nin "Şimal" DRES-da 400 MVt gücündə 2-ci buxar-qaz qurğusunun tikintisi üçüyn Azərbaycana 29 milyard 280 milyon yapon ieni (275 milyon dollardan yuxarı) məbləğində üzünmüddətli güzəştli kredit təqdim etdiyi razılaşma mayın 13-də razılaşma imzalanıb. JBIC-in krediti Azərbaycana 40 il müddətinə 10 illik güzəştlə 0,75% faiz dərəcəsi ilə verilir. Layihənin ümumi dəyəri 330 milyon dollardan yuxarıdır.

Texniki-iqtisadi əsaslara əsasən, layihənin reallaşdırılması 30 aya qədər vaxt apara bilər. Lakin Azərbaycan hökumətilayihəni sürətləndirmək məqsədilə bəzi proseduraları təxirə salmağa çalışır.

Xəbər lenti

Xəbər lenti