...

ARDNŞ ANSHAD PETROL MM-DƏN 17 MLN. M3 SƏRBƏST QAZ ALIB

Energetika Materials 4 Oktyabr 2005 20:17 (UTC +04:00)

Anshad Petrol (MM) 2005-ci ilin yanvar -sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 17,7 mln. kubmetr sərbəst qaz satıb ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 8,7 mln. kubmetr çoxdur. Bu barədə Trend ə ARDNŞ-də məlumat verilib.

Anshad Petrol "Neftçala", "Hillə" və "Babazənən" müqavilə sahəsində qaz hasil edir. MM ilk sərbəst qaz satışına 2004 -cü ilin aprelində 2 mln. kubmetr qaz satışı həcmi ilə başlayıb.

ARDNŞ-in məlumatına görə, sentyabrda Anshad Petrol 1,3 mln. kubmetr qaz satıb ki, bu da avqustda reallaşdırılandan 0,5 mln. kubmetr çoxdur. ARDNŞ Anshad Petrol-dan qazı 65 min manata alır (1 kubmetri 13 dollara) və "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə verir ki, o da öz növbəsində yanacağı "Azəriqaz"ın tərkibinə daxil olan "Aztransqaz" İstehsalat Birliyinə paylayır.

Anshad Petrol MM 1993-cü ildə ARDNŞ-lə Türkiyənin Atilla Dogan Petrol tərəfindən keçmiş "Neftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol MM-nin operatoru Atilla Dogan Petrol olub. Lakin 1997-ci ildən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildən Malaziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol-un payından 17,15% alaraq layihənin iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti