...

AZERENERJI BABƏK RAYONUNDA İSTİLİK ELEKTRİK STANSİYASINI 2006-CI İLİN BİRİNCİ RÜBÜNDƏ İSTİSMARA VERƏCƏK

Energetika Materials 5 Oktyabr 2005 12:36 (UTC +04:00)

Azerenerji Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının (NMR) Babək rayonunda istilik elektrik stansiyasını 2006-cı ilin birinci rübündə istismara vermək niyyətindədir. Bu barədə Trend ə " Azerenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Onun sözlərinə görə, NMR 1992-ci ildə Türkiyədən alınmış və gücü 16 MVt olan dörd turbin var. Bir neçə ildən sonra göstərilən generatorlar solyar yağının olmaması üzündən dayandırılıb. Hazırda İtaliyanın FIAT firmasının yardımı ilə onların qazla işləməsi təmin olunacaq. Cari ilin sonunda İran-Azərbaycan qaz kəmərinin istismarına başlanılacaq və NMR-nın qazla təchizatı bərpa ediləcək. Bu, 2006-cı ilin əvvəllərində bu turbinlərin istifadəyə verilməsinə imkan verəcək.

2006-cı ildə NMR həmçinin, 90 MVt gücü olan modul elektrik stansiyasının tikintisinə başlanılacaq. Muxtar Respublikanın qış mövsümündə elektrik enerjisinə tələbatı 250 MVt təşkil edir. Lakin sabit qaz tədarükü nəticəsində bu göstərici artıq cari ildə aşağı düşə bilər.

Xəbər lenti

Xəbər lenti