...

VP BAKI-SUPSA BORU KƏMƏRİNİN FƏALİYYƏTİNİ BƏRPA EDİB

Energetika Materials 5 Oktyabr 2005 16:24 (UTC +04:00)

Oktyabrın 3-də təxminən saat 14:00-da Gürcüstanda Bakı-Supsa boru kəmərində ("qərb marşrutu") 450 barel neftin sızması aşkar olunub. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən Trend ə verilən məlumata görə, sızma Gürcüstanın Qardabani rayonunda, Tiflisdən 40 km şimal-şərqdə baş verib.

"Bakı-Supsa kəmərində dərhal əməliyyat işləri dayandırıldı və biz sızmanın qarşısını almaq üçün bütün vasitələrdən istifadə etdik. Artıq həmin gün saat 18:00-da sızmanın qarşısı alındı və neft yenidən boru kəmərinə dolduruldu.

ABƏŞ-də o da bildirilib ki, hadisə zamanı adamlara ziyan dəyməyib, su isə çirklənməyib. Oktyabrın 4-də saat 10:00-da kəmərdə əməliyyatlar bərpa olunub. ABƏŞ həmin fakt barədə Gürcüstanın müvafiq orqanlarına məlumat verib və artıq istintaq başlayıb.

"İlkin məlumatlara görə, neftin sızması Bakı-Supsa boru kəmərinə qanunsuz boruların yerləşdirilməsi nəticəsində baş verib", - deyə ABƏŞ-də qeyd edilib.

Xəbər lenti

Xəbər lenti