...

AZƏRKİMYA DÖVLƏT ŞİRKƏTİ XAMMALIN ALIŞI ÜZRƏ TENDER ELAN EDİB

Energetika Materials 5 Oktyabr 2005 17:00 (UTC +04:00)

Azərkimya Dövlət Şirkətinin Üzvi Sintez zavodu istehsalatda istifadə olunan xammalın alışı üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, tender 3 lot - ümumi həcmi 84 min ton olan qarışıq neft tullantılarının, 80 min ton ağ neft və 80 min ton L-62 markalı dizel yanacağının alışı üzrə elan edilib.

Tenderdə maraqlı şirkətlər 2 mln manat (təxminən $436) keçirməli, noyabrın 9-na kimi qeydiyyatdan keçməli və noyabrın 16-na kimi öz təkliflərini verməlidir.

Tender təklifləri paketi noyabrın 16-da Sumqayıt Üzvi Sintez zavodunda açılacaq.

Xəbər lenti

Xəbər lenti