...

LATVİYA AZƏRBAYCAN NEFTİNİN LATVİYA VASİTƏSİLƏ ŞİMALİ AVROPAYA NƏQLİNİ MÜMKÜN HESAB EDİR

Energetika Materials 5 Oktyabr 2005 18:15 (UTC +04:00)

(BNS) - Azərbaycan neftinin Ukrayna və Baltik ölkələri vasitəsilə Şimali Avropaya nəqlinin mümkünlüyü tamamilə realdır. Trend bildirir ki, bu barədə Latviyanın informasiya naziri Aynar Şlesers (Ainars Slesers) bəyan edib.

"Nəzərə alsaq ki, Azərbaycanda neft hasilatı artır, belə bir imkan vardır" -deyə nazir bildirib.O, qeyd edib ki, Latviya neftin Şimal ölkələrinə və Avropaya tranziti üçün öz limanlarını təklif etməyə hazırdır.

Latviyanın iqtisadiyyat naziri Krişyanis Karinş (Krisjanis Karins) öz növbəsində deyib ki, tranzit neft boru kəməri neftin hasil olunduğu yerdən Qazaxıstan və Azərbaycan vasitəsilə Xəzər dənizi, Gürcüstan, Qara dənizdən Ukraynaya, oradan isə Belorusiya vasitəsilə Latviyayadək uzadıla bilər.Amma bunun üçün Belorusiyaya təxminən 100 km uzunluğunda boru kəməri çəkmək lazım gələcək. Karinş də boru ikəməri ilə neftin ixracını mümükün hesab edir.

Nazir hesab edir ki, "energetika asılılığının Rusiyadan daha da artdığı bir şəraitdə bu, alternativ imkan olardı".

Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov deyib ki, neft boru kəmərinin çəkilməsi imkanı iqtisadi əsaslandırılma ilə şərtləndirilir. "Heç kim yalnız siyasi əsaslarla boru kəməri çəkmək istəmir.Bütün bunların əsasında iqtisadi əsaslandırılma dayanmalıdır" -deyə o bildirib.O, qeyd edib ki, hazırda infrastruktur belə bir neft boru kəməri üçün yaradılmayıb və dəqiq məlumat yoxdur ki, Şimali Avropaya 1 ton neftin ixracı neçəyə başa gələcək.

Qeyd edək ki, öz ölkələrinin prezidenti Vayra Vike-Freyberqanı Azərbaycana rəsmi səfəri çərçivəsində müşayiət edən latviyalı nazirlər oktyabrın 4-də Bakıda Səngəçal neft terminalına gedib.

Xəbər lenti

Xəbər lenti