...

DÖVLƏT NEFT ŞİRKƏTİ PETROGAS AVİASİYA KEROSİNİN TƏDARÜKÜNÜ BƏRPA EDİB

Energetika Materials 6 Oktyabr 2005 12:58 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün Britanyianın Petrogas şirkətilə bağladığı müqavilə çərçivəsində TS-1 markalı aviasiya kerosinin nəqlini bərpa edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, aviasiya kerosini dəmiryolu ilə Gürcüstanın Qara dənizdəki Batumi limanınadək nəql olunur.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, Petrogas üçün kerosin 25 min ton həcmində partiyanın toplanması üçün Batumi limanına göndəriləcək.

ARDNŞ bu il Petrogas-la TS-1 markalı 50 min ton aviasiya kerosininin tədarükü üzrə müqavilə imzalayıb. 25 min ton həcmində partiya tədarük olunsa da, AZAL Dövlət Konserninin (yerli aviaşirkət) bu neft məhsuluna olan tələbatı artırdığına görə, ARDNŞ yerdə qalan 25 min tonun ilin sonuna kimi yola salınacağına şübhə edir.

"Bakı-Novorossiysk boru kəməri ilə neft ixracının azalması bizə Bakının NEZ-nın xammalla təmin etməyə imkan verir. Bu daha çox aviasiya kerosinini istehsal etməyə və bu gündən Petrogas üçün neft məhsulları tədarük etməyə imkan verir", - deyə ARDNŞ-dən bildiriblər.

Aviasiya kerosini "Heydər Əliyev adına " (keçmiş Azerneftyanacag) NEZ-da istehsal olunur. Petrogas-a qədər ARDNŞ İsveçrənin Glencore treyderinə kerosin yükləyib. Həmin məhsulun həcmi 75 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti