...

TURAN MORAL: NMR-Ə ELEKTRİK ENERJİSİNİN TƏDARÜKÜ ÜÇÜN AZƏRBAYCANIN TÜRKİYƏYƏ BORCU $160 MLN. TƏŞKİL EDİR

Energetika Materials 6 Oktyabr 2005 19:11 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasına (NMR) elektrik enerjisinin tədarükü üçün Azərbaycanın Türkiyəyə borcu $160 mln. təşkil edir.Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı bildirib.

Onun sözlərinə görə, hazırda borclar üzrə məsələ açıqdır."Türkiyə qarşılıqsız olaraq NMR-ə elektrik enerjisinin tədarükünü davam etdirir. Amma Türkiyədə elektrik enerjisi tədarük edən şirkətlərin problemləri var.Bir hissəsi özəl sektora məxsus olan şirkətlər elektrik enerjisini ödənişlə tədarük etmək və ötən borcların qaytarılması qrafikini tərtib etmək istəyir" -deyə o qeyd edib.

T.Moralı bildirib ki, vaxt təyin edildikdən sonra iki ölkənin nümayəndələri bu məsələni müzakirə edəcək. "NMR-ə elektrik enerjisinin tədarükü üzrə müqavilə borcu pulla yaxud elektrik enerjisi ilə qaytarmağa imkan verir, amma NMR-in hazırda bunun üçün nə birinci, nə də ikinci imkanı yoxdur.Variantlar arasında BTC layihəsindən gəlirlərin hesabına borcun qaytarılması nəzərdə tutula bilər" -deyə Türkiyənin səfiri bildirib.

Xəbər lenti

Xəbər lenti