...

AZNEFTKİMYAMAS MÜƏSSİSƏLƏRİ $15 MİLYONDAN ARTIQ MƏHSUL İSTEHSAL EDİB

Energetika Materials 7 Oktyabr 2005 14:11 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr aylarında Azneftkimyamas ASC-də 69 mlrd manat ($15 milyondan artıq) məbləğində neft sənaye və geoloji kəşfiyyat qurğuları, avadandıqlar və ehtiyat hissələri istehsal olunub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 7,5% çoxdur.

Sentyabrda ASC-nin müəssisələrində istehsalın həcmi 7 mlrd manat təşkil edib ($1,5 mln).

Azneftkimyamas ASC prezidentin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamas dövlət şirkətinin bazasında yaradılıb. Onun tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-araşdırma və layihə institutları daxildir.
ASC-nin ən məhsuldar müəssisələri ilin əvvəlindən 10,5 mlrd manat ($2,2 mln) dəyərində məhsul istehsal etmiş Səttarxan zavodu, Suraxanı maşınqayırma zavodu (9,2 mlrd manat - $2 milyondan artıq), Sabunçu EİB (8,3 mlrd manat - $1,8 mln), Bakı fəhləsi (8,7 mlrd manat - $1,8 mln) və Bakı maşınqayırma zavodlarıdır (5,6 mlrd manat - $1,2 mln).

2004-cü ildə Azneftkimyamas 85 mlrd manat (təxminən $18 mln) dəyərində məhsul istehsal edib. 2003-cü ildə bu göstərici təxminən 77 mlrd manat olub ($17 mln).

Xəbər lenti

Xəbər lenti