...

"ŞİMAL" DRES-DƏ 400 MVT BQQ PLAN ÜZRƏ TƏMİRƏ DAYANDIRILIB

Energetika Materials 10 Oktyabr 2005 14:43 (UTC +04:00)

"Şimal" DRES-də 400 MVt gücündə olan buxar-qaz qurğusu (BQQ) hər il həyata keçirilən plan üzrə təmirə dayandırılıb. Bu barədə Azərenerji SC-nin mətbuat xidmətində Trend ə bildirilib. "Şimal" DRES-nin direktoru Vüqar Şahmuradovun sözlərinə görə, 24 gün ərzində BQQ-nin əsas hissə və aqreqatları əsaslı monitorinqdən keçib, yararsız hissələr və bloklar dəyişdiriləcək, zəruri yardımçı tədbirlər həyata keçiriləcək.

V.Şahmuradov bildirib ki, BQQ tikintisinin baş podratçısı olan Yaponiyanın Mitsubishi şirkətinin mütəxəssisləri, eləcə də buxar qazanlarında mühəndislər və Belçikanın CMI və Türkiyənin EPRO şirkətlərinin işçiləri işə cəlb edilib.Onlar dəniz suyunun təmizlənməsi üçün süzgəclərin yenidən qaydaya salınmasını təmin edəcək.

Hazırda DRES-də həmin BQQ-nin dayandırılmasını nəzərə alaraq optimal rejimdə işləyən 150 MVt blok işə salınıb.

Elektrik stansiyasının direktorunun sözlərinə görə, Abşeronda enerji çatışmamazlığı müşahidə olunmur.

Keçmiş sovet məkanında analoqu olmayan "Şimal" DRES-dəki BQQ 2002-ci ilin sonunda istismara verilib və Bakı-Abşeron əhalisinin və iqtisadi obyektlərin enerji təchizatını təmin edən əsas mənbədir.

Xəbər lenti

Xəbər lenti