...

İİN BARMEK AZERBAYCAN ŞİRKƏTİNİN 2005-2007-Cİ İLLƏR İNVESTİSİYA PROQRAMINI TƏSDİQ EDİB

Energetika Materials 10 Oktyabr 2005 18:41 (UTC +04:00)

İqtisadi inkişaf nazirliyi (İİN) Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin enerjipaylayıcı şəbəkəsinin operatoru) şirkətinin 2005-2007-ci illər investisiya proqramını təsdiq edib.Bu barədə Trend ə şirkətin vitse-prezidenti Ömər Güner bildirib.

Onun sözlərinə görə, proqramda elektrik şəbəkələrinin hazırkı vəziyyəti, inkişaf yolları, nəzərdə tutulmuş işlərin həcmi, investisiyalar və digər məsələlər öz əksini tapıb.

Cari ildə Barmek Azerbaycan Bakı və Sumqayıt elektrik şəbəkələrinin inkişafına Azərbaycan hökuməti ilə imzalanmış müqavilədə nəzərdə tutulandan daha çox investisiya qoymaq niyyətindədir. Müqavilə üzrə Barmek Azerbaycan yalnız Bakı elektrik şəbəkəsinin inkişafına 50,2 mlrd. manat ($10,7 mln) investisiya qoymalıdır. Amma 7 ay ərzində 58 mlrd. manat sərf olunub. İlin sonunadək bu rəqəm daha da artacaq, belə ki, qış fəslinə hazırlıq çərçivəsində bir sıra layihələr gerçəkləşdirilir.

Ehtimal olunur ki, ilin sonunadək Barmek Azerbaycan şirkətinin investisiyalar həcmi təxminən 90 mlrd. manat ($20 mln.-dan çox) təşkil edəcək ki, bu da müqavilədə nəzərdə tutulduğundan 30-40 mlrd. manat ($6,4 mln) çoxdur.

Xəbər lenti

Xəbər lenti