...

2006-CI İLİN ƏVVƏLİNDƏ AZERENERJI VƏ AYİB AZƏRBAYCAN DRES-NIN REKONSTRUKSİYASININ LAYİHƏSİ ÜZRƏ KREDİT RAZILAŞMASI İMZALAYACAQ

Energetika Materials 11 Oktyabr 2005 13:47 (UTC +04:00)

2006-cı ilin əvvəlində Azerenerji Açıq Səhmdar Cəmiyyəti və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Mingəçevir şəhərində Azərbaycan Dövlət Regional Elektrik Stansiyasının (DRES) yenidənqurulması üçün kredit ayrılması barədə razılıq imzalayacaq. Trend ə Azerenerji SC-nin mətbuat xidmətindən verilən məlumata görə bu barədə Azerenerji ASC-nin prezidenti Etibar Pirverdiyev bəyan edib.

Layiə çərçivəsində stansiyanın bütün 8 enerji blokunda rekonstruksiya işlərinin aparılması nəzərdə tutulub. Stansiyanın enerji bloklarının fiziki gücü 2100 MVt. təşkil edir. Təmirdən sonra onların gücünün 2500 MVt-a çatacağı bildirilir. Aparılan modernləşmə işləri nəticəsində şərti yanacağın həcmi aşağı düşərək 1 kVt/s elektrik enerjisi üçün bu DRES-də 380 qramdan 330 qrama qədər olacaq.

AYİB Azərbaycan DRES-nın rekonstruksiyası üçün $115 milyon ayırmağa hazırdır. Bank krediti 20 illiyə LIBOR+0,5% illik dərəcə üzrə 3 illik güyzəştli müddətə verə bilər.

"Hazırda Rusiyanın "Elektrik maşınları " zavodu Azərbaycanın Beynəlxalq Bankının ayırdığı kredit hesabına AzDRES -də 5 № -li blokun modernləşdirilməsinə başlayıb. İşin yekunlarına görə, biz yerdə qalan 7 blokun rekonstruksiyası barədə qərar qəbul edəcəyik. Daha doğrusu bu işlərin nəticəsi işlərin həcmi və kapital qoyuluşu barədə daha konkret məlumatlar əldə etməyə imkan verəcək. Bundan sonra 2006-cı ilin əvvəllərində danışıqların yenidən bərpa edilməsi planlaşdırılıb ", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti