...

NATİQ ƏLİYEV: GÜRCÜSTANDA SABAH KEÇİRİLƏCƏK MƏRASİM BTC LAYİHƏSİNDƏ YENİ MƏRHƏLƏDİR

Energetika Materials 11 Oktyabr 2005 17:40 (UTC +04:00)

"Gürcüstanda sabahkı təntənəli mərasim Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində yeni mərhələdir", - deyə oktyabrın 11-də ARDNŞ-in rəhbəri və BTC Co-nun baş direktoru Natiq Əliyev bəyan edib.

Onun sözlərinə görə, boru kəmərindəki texniki neft artıq Gürcüstandakı nasos stansiyasına çatıb və bundan sonra neft ikinci stansiya (PSG-2) istiqamətində hərəkət edəcək. "Oktyabrın sonlarında neft boru kəmərinin Gürcüstan hissəsini dolduracaq və Türkiyənin sərhəddini keçəcək", - deyə o bildirib.

N.Əliyevin proqnozlarına görə, Azərbaycan nefti Türkiyənin Ceyhan limanına bu il dekabrın sonlarında çatacaq.

Qeyd edək ki, bu gün neft kəmərinə zəruri olan neftin 29% -i vurulub. Bakı-Ceyhana 396,5 min ton Azeri Light növlü neft vurulub ki, bu da 2,9 milyon barel xammal təşkil edir. Neft kəmərinin tam dolması üçün 10 milyon barel neft lazımdır.

Xəbər lenti

Xəbər lenti