...

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ BATUMİDƏN BİR PARTİYA NEFTİN SATIŞI ÜZRƏ TENDER ELAN EDİB

Energetika Materials 12 Oktyabr 2005 11:50 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən Azəri Light növlü mənfəət neftinin Gürcüstanın Batumi limanından satışı üzrə tender elan edib.

ABƏŞ-də 10% paya malik olan AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin nəticələri bu həftə məlum olacaq. "Güman edirik ki, 80 min ton həcmində neft partiyası noyabrın 1-2-də yüklənəcək", - deyə şirkətdən bildirilib.

Batumi neft terminalı ildə 15 mln tona qədər neft daşımaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdə 30-90 dedveytli tankerlərə xidmət edir. Hazırda onun ehtiyat parkının gücü 530 min tondur ki, bu da cari və proqnozlaşdırılan həcmlərin daşınması üçün kifayətdir.

Əvvəlki tenderin qalibi FOB şərti ilə 80 min ton neft almış BP Britaniya-Amerika şirkəti olub.

Xəbər lenti

Xəbər lenti