...

RUSİYA-AZƏRBAYCAN-İRAN ENERJİ DƏHLİZİ 2009-CU İLDƏN HƏYATA KEÇİRİLƏCƏK

Energetika Materials 12 Oktyabr 2005 12:44 (UTC +04:00)

Rusiya-Azərbaycan-İran enerji dəhlizi 2009-cu ildən həyata keçiriləcək. Azərenerji Səhmdar Cəmiyyətinin (SH) mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu barədə Azərenerji Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyev məlumat verib.

Hazırda 3 ölkənin enerji sistemlərinin sinxronlaşdırılması üzrə iş aparılır. E.Pirverdiyevin sözlərinə görə, bunun üçün tərəflərin məsuliyyətinin hərtərəfli müəyyən edilməsi, texniki tədbirlərin reallaşdırılması şərtləri, avadanlıqlarının istismarının prinsipləri və s. tələb olunur. Həmçinin, ikinci Dərbənd-Yaşma elektrik ötürücüsü xəttinin tikintisi zəruridir. Bu, Azərbaycanın Rusiya ilə enerji mübadiləsinin həcmini və etibarlılığını artıra bilər. Həmçinin, İranla enerji mübadiləsini artırmaq üçün işlər görmək lazımdır.

Cari ayda İran istiqamətində işlərin həyata keçirilməsinə başlanılıb ki, buraya Azərbaycanın cənub rayonlarında 5 yarımstansiyanın, eləcə də elektrik ötürücü xəttin tikintisi daxildir. Həmçinin, layihə çərçivəsində İmişli-Əli-Bayramlı DRES, Əli -Bayramlı - Salyan DRES, Salyan-Masallı, Masallı-Astara yüksək cərəyanlı elektrik ötürücü xəttlərinin, 220 kilovoltluq "Salyan" yarımstansiyasının tikintisi, eləcə də "İmişli", Masallı sistemli yarımstansiyalarının əsaslı və qismən yenidənqurulması, Əli-Bayramlı DRES-nın qurulması nəzərdə tutulub.

Kredit üzrə $75 milyon müqavilə 2005-ci il aprelin 22-də Bakıda imzalanıb. İranın "Eksport" bankının kredit ayırması barədə razılaşma isə 2004-cü ilin avqustunda Tehranda imzalanıb. Tezliklə enerji axınlarının həcmini 700 MVt-a çatdırılacağ ehttimal edilir.

Xəbər lenti

Xəbər lenti