...

PA GOIERNMENT SERIICE INC. ŞİRKƏTİNİN PİLOT LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MÜSTƏQİL QAZANXANANIN İSTİSMARA VERİLMƏSİ MƏRASİMİ KEÇİRİLİB

Energetika Materials 13 Oktyabr 2005 15:52 (UTC +04:00)

Noyabrın 15-də Azərbaycan istilik təsərrüfatında problemlərin həll edilməsi strategiyasında nəzərdə tutulmuş PA Government Service Inc. (PA Consulting Group-a daxildir) pilot layihəsi çərçivəsində müstəqil qazanxananın istismara verilməsi mərasimi keçiriləcək. Trend bildirir ki, oktyabrın 13-də bu barədə layihənin işçi qrupunun üzvü İlham Mirzəliyev bəyan edib.

Onun sözlərinə görə, mərasimdə iqtisadi inkişaf, sənaye və energetika nazirliklərinin, eləcə də ABŞ Beynəlxalq inkişaf agentliyi (USAID), PA Consulting Group və digər qurumlardan nümayəndələr iştirak edəcək.

Layihənin gerçəkləşdirilməsi üçün Sabunçu rayonu Z.Şərifov küçəsində 22 saylı ev seçilib.Pilot layihəsi çərçivəsində mənzildaxili istilik kommunikasiyalarının yenidəni qurulması aparılıb, binanın daxilində istilik təchizatı sistemi tamamilə dəyişdirilib, elektrik sayğacları quraşdırılıb, giriş qapıları, binanın damı və yanındakı məktəb təmir edilib.Xüsusilə istiliyin yaxşılaşdırılması üçün pəncərələr dəyişdirilib.

"Hazırda işlər 85% başa çatdırılıb. İndi su sayğaclarının quraşdırılması aparılır və yaxın günlərdə qaz sayğaclarının quraşdırılmasına başlanılacaq. Biz işləri planlaşdırıldığı müddətədək tamamilə başa çatdırmaq niyyətindəyik" -deyə İ.Mirzəliyev qeyd edib.

Onun sözlərinə görə, layihənin məqsədi strategiyada təklif edilmiş tövsiyələrin, xüsusilə istilik təchizatı səmərəli yerli sisteminin yaradılması, iqtisadiyyat və elektrik enerjisinin məqsədyönlü istifadəsi üzrə tədbirlərin gerçəkləşdirilməsi, kommunal sektorda yeni idarəetmə formalarının tətbiqi və s. tövsiyələrin həyata keçirilməsi reallığının praktiki nümayişidir.

PA Consulting şirkəti USAID tərəfindən maliyyələşdirilən "Azərbaycanın energetika sektoruna texniki yardım göstərilməsi" layihəsi çərçivəsində Azərbaycan hökumətinə İstilik strategiyası təqdim edib.Strategiya çərçivsəində özəl sektora istilik sisteminin verilməsi nəzərdə tutulur.

"PA Government Service Inc." Qazanxananı idarə edəcək özəl operatorun müəyyən edilməsi üçün tender keçirir. PA Consalting Group şirkəti işçi qrupunun rəhbəri Natalya Kuliçtçenko bildirib ki, şirkət idarəetmənin özəl sektora verilməsi şərtilə əmlak haqqını Qaraçuxur bələdiyyəsinə vermək niyyətindədir. "Oktyabrın 26-da təkliflərin daxil olması başa çatır və biz noyabrın 9-da qalibi müəyyən etməkm niyyətindəyik.Hazırda 5 ərizə alınıb" -deyə o qeyd edib. RA qazanxananın idarə edilməsi üçün kondominium yaratmaq niyyətindədir və hazırda ədliyyə nazirliyinə müvafiq sənədlər təqdim edilib.

Tariflərə gəlincə, N. Kuliçtçenko qeyd edib ki, bunlar əhali üçün münasib olacaq, həm də operator üçün gəlir gətirə bilər.Hazırda bir ev üçün tariflər 50 min manat təşkil edir, amma bu, otaqların sayından asılı olacaq.Bu xidmətlər bütün sakinlərə təklif ediləcək, maraqlananlar ilə müqavilələr imzalanacaq.

Xəbər lenti

Xəbər lenti