Azərbaycan Dövlət neft şirkəti (ARDNŞ) Gürcüstanın Qara dənizdə olan Batumi limanından Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağında hasil etdiyi Azəri Light mənfəət neftinin bir tanker partiyasının satışı üzrə tenderi bağlayıb.
ABƏŞ-də 10% paya malik olan ARDNŞ-də Trend ə bildirilib ki, tenderin qalibi Almaniyanın Select Energy Trading şirkəti olub. "Biz nəzərdə tuturuq ki, 80 min ton həcmdə olan neft partiyası noyabrın 1-2-də yüklənəcək" -deyə ARDNŞ-də bildirilib.
Batumi neft terminalı ildə 15 mln. tonadək neft məhsulu yükləri daşıma gücünə malikdir. Terminalda Aframax dərəcəli gəmilər üçün yan buy da daxil olmaqla dörd körpüdə 30-90 min ton tutumlu tankerlər xidmət göstərir.Hazırda terminalın ehtiyat parkının gücü təxminən 530 min ton təşkil edir ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılmış həcmlərin daşınması üçün kifayətdir.