...

ASTARAYA MODUL STANSIYASININ TIKINTISI ÜÇÜN FINLANDIYADAN GƏTIRILMIŞ AVADANLIĞIN BIR HISSƏSI VERILIB

Energetika Materials 13 Oktyabr 2005 20:10 (UTC +04:00)

8,7 MVt gücündə modul elektrik stansiyası tikintisinin təməlqoması üçün Finlandiyadan gətirilmiş vacib olan avadanlığın bir hissəsi Astaraya verilib. Azərenerji SC-nint mətbuat xidmətində Trend ə bildirilib ki, oktyabrın 21-də Bakı dərinsulu özüllər zavodunun körpülərinə Finlandiyadan Xəzər dənizinə Astara elektrik stansiyası üçün avadanlığın növbəti partiyasını çatdıran xüsusi təyinatlı quru yük yan alacaq.Xüsusilə yük komplekt və elektrik stansiyasının ərazisində modul montajı üçün panellərdən ibarətdir.

Hər biri 8,7 MVt olan 10 moduldan ibarət Astara modul tipli elektrik stansiyası Azərenerji-nin 2005-2006-cı illərdə istismara verməyi planlaşdırdığı 52 stansiyadan birincisi olacaq.Bu istiqamətdə Finlandiyanın Warstila şirkəti ilə müqavilə imzalanıb.Həmin şirkət elektrik stansiyasının tikintisini təmin edəcək.

Xəbər lenti

Xəbər lenti