...

Azərbaycan noyabr-dekabr aylarında Bakı-Novorossiysk boru kəməri ilə 800 min ton neft nəql etməyi planlaşdırıb

Energetika Materials 14 Oktyabr 2005 12:27 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti ilin sonuna kimi Bakı-Novorossiysk boru kəməri ilə 640 min ton neft nəql etməyi planlaşdırır". Trend in xəbər verdiyi kimi, ABƏŞ noyabr və dekabr aylarında "şimal" marşrutu ilə 320 min ton neft nəql etməyi nəzərdə tutur. "Bakı-Tbilisi-Ceyhan boru kəmərinin neftlə doldurulması üzrə əməliyyatlar sürətləndikdə neftin Bakı-Novorossiysk boru kəməri ilə nəqli azaldıla bilər", - deyə mənbələr bildirir.

AR DNŞ noyabr-dekabr aylarında bu boru kəməri ilə hər ay 80 min ton olmaqla 160 min ton neft nəql etməyi planlaşdırır. "Bakı-Novorossiysk kəməri ilə hər ay 400 min ton xammal nəql ediləcək. Rusiya tərəfi isə Azərbaycandan ayda çoxlu miqdarda neft ala bilməyəcək", - deyə mənbələr qeyd edir.

Yanvar-sentyabr aylarında AR DNŞ Novorossiyskdən 1,298 mln ton Ural nefti yükləyib ki, bu da 2004-cü ilin analoji dövründən 689 min ton azdır. ABƏŞ bu dövrdə "şimal" marşrutu ilə 1,683 mln ton xammal ixrac edib.

Xəbər lenti

Xəbər lenti