...

Azərenerji-nin 70 yaşı tamam olur

Energetika Materials 14 Oktyabr 2005 13:01 (UTC +04:00)

Cari ildə ölkənin baş enerji idarəsi olan Azərenerji Səhmdar Cəmiyyətinin 70 yaşı tamam oldu. SC-in mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu məqsədlə energetiklər strukturun 70 illiyini 2005-ci il oktyabrın 20-də bayram etməyi planlaşdırıblar.

2004-də məhz həmin gün ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan enerjetiklərinin peşə bayramı qeyd olunub.

Vahid elektrik enerjisi sistemi XX əsrin 30-cu illərində formalaşıb. Məhz bu dövrdə Məhz bu dövrdə ölkənin enerji sistemini nizamlayan və idarə edən struktur yaranıb. Həmin struktur Azərenerji SC-nin bu günki özəyi olub.

Hazırda səhmlərinin 100% -i dövlətə məxsus olan bu təşkilat bir sıra iri layihələr həyata keçirir. Onların arasında Sumqayıtda gücü 506 MVt olan Buxar-Qaz qurğusu, Naxçıvan MR-nun enerji təchizatı problemlərini həll etmək üçün "Şimal" DRES-də tikiləcək ikinci 400 MVt-luq BQQ-su, ölkənin regionlarında ümumi gücü 450-460 MVt olan modul elektrik stansiyaları, qonuş İran və Rusiya kimi dövlətlərlə enerji mübadiləsilə bağlı aparılan tikinti işləri var.

Xəbər lenti

Xəbər lenti