...

Azərenerji SC SCADA layihəsinin ikinci mərhələsinin gerçəkləşdirilməsi üçün baş podratçı seçiminə oktyabrın sonunda tender elan etməyi nəzərdə tutur

Energetika Materials 14 Oktyabr 2005 16:22 (UTC +04:00)

Azərenerji SC SCADA layihəsinin ikinci mərhələsinin gerçəkləşdirilməsi üçün baş podratçı seçiminə oktyabrın sonunda tender elan etməyi nəzərdə tutur. Trend bildirir ki, oktyabrın 14-də Azərenerji Mərkəzi dispetçer idarəsinin rəisi Nurəli Yusifov bu barədə bəyan edib.

Onun sözlərinə görə, hazırda SCADA sisteminin tətbiqi layihəsinin birinci mərhələsini Almaniyanın Siemens şirkəti həyata keçirir.Bu layihə ilin sonunadək başa çatdırılacaq ki, bu da yeni milli dispetçer sisteminin yaradılmasına imkan verəcək.Layihənin birinci mərhələsi Almaniyanın KfW bankı (1,5 mln. avro) tərəfindən maliyyələşdirilir.Layihənin ikinci mərhələsi isə Dünya bankının krediti hesabına həyata keçiriləcək.

N.Yusifov qeyd edib ki, Azərbaycanda avtomatlaşdırılmış operativ idarəetmə sistemi 2006-2008-ci illərdə tətbiq ediləcək. Bu, Avropada və MDB ölkələrində müasir sistem olacaq. "Layihə gerçəkləşdiriləndə ən müasir avadanlıqdan istifadə olunacaq.Bu sistemin tətbiqi enerji sisteminin işinin səmərəliliyinin artırılmasına, qəza hallarının operativ ləğvinə, itkilərin azaldılmasına, şərti yanacağa qənaət etməyə imkan verəcək" -deyə o qeyd edib.

Dünya bankı ekspertlərinin hesablamalarına görə, layihənin ikinci mərhələsinin gerçəkləşdirilməsinə $55 mln. tələb olunur.Həmin həcmdən $48 mln. Dünya bankının krediti hesabına təmin ediləcək.Kreditin ayrılması artıq təsdiq olunub.Azərbaycan tərəfi $7 mln ayıracaq.

Xəbər lenti

Xəbər lenti