...

Yaxın 5 ildə Azərbaycan 2100 MVt generasiya gücü alacaq

Energetika Materials 14 Oktyabr 2005 17:33 (UTC +04:00)

Yaxın 5 ildə Azərbaycan 2100 MVt generasiya gücü alacaq. Trend bildirir ki, bu barədə Azərenerji ASC-nin istehsal-texniki şöbəsinin rəisi Bəhruz Sadıqov bəyan edib.Bu, yeni elektrik stansyialarının tikintisi və enerji obyektlərinin yenidən qurulması nəticəsində mümkün olacaq.

Xüsusilə hazırda Sumqayıt elektrik stansiyasının tikintisi aparılır və burada 506 MVt gücündə buxar-qaz qurğusu (BQQ) quraşdırılıb. Stansiyanın 2007-ci ilin sonunda istismara verilməsi planlaşdırılır.Həmçinin "Şimal" DRES-də 400 MVt gücündə olan ikinci BQQ-nin tikintisi nəzərdə tutulur.Bu elektrik smtansiyasının tikintisi 2008-ci ildə başa çatdırılacaq.

B.Sadıqov qeyd edib ki, Mingəçevirdə Azərbaycan DRES-nin yenidən qurulması daha 400 MVt gücünün alınmasına imkan verəcək.Burada hər birinin gücü 150 MVt olan 8 blokun yenidən qurulması planlaşdırılır.Əli Bayramlı rayonundakı yeni elektrik stansiyasında aparılan tikinti generasiya gücü həcminin daha 400-500 MVt artırılmasına imkan verəcək..

B.Sadıqov bildirib ki, modul tipli elktrik stansiyalarının tikintisi hesabına təxminən 500 MVt əlavə güc alınacaq.Hazırda Astara, Şəki və Xaçmazda bu tipli elektrik stansiyalarının tikintisi aparılır.

Xəbər lenti

Xəbər lenti