...

Mənfəət nefti vergisi Azərbaycan Dövlət Neft Fonduna cəlb olunmalıdır

Energetika Materials 15 Oktyabr 2005 13:26 (UTC +04:00)

"Xarici neft şirkətlərinin ödəyəcəkləri mənfəət nefti vergisinin böyük hissəsi Azərbaycan Dövlət Neft Fonduna cəlb olunmalıdır". Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 15-də jurnalistlərə NF-nin icraçı direktoru Samir Şərifov bildirib.

Onun sözlərinə görə, gələn ildən etibarən xarici şirkətlər "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun işlənməsi haqqında "Əsrin müqaviləsi" çərçivəsində alınan mənfəət nefti vergisi ödəməyə başlayacaq. "Hazırda bu vəsaitlərin bir hissəsi dövlət büdcəsinə daxil olur. Biz gələn il bu sahədən böyük vəsaitlər gözləmirik. Lakin gələcəkdə hökumət müvafiq qərar qəbul edərək bu vəsaitləri Neft Fonldna cəlb edə bilər", - deyə S.Şərifov əlavə edib.

Xəbər lenti

Xəbər lenti