...

Bayva-Enerji Azərbaycan hökuməti ilə müqaviləni ləğv etmək niyyətini təsdiq edib

Energetika Materials 15 Oktyabr 2005 14:05 (UTC +04:00)

"Biz ölkənin 46 rayonunun enerjipaylayıcı şəbəkəsinin idarə edilməsi üzrə Azərbaycan hökuməti ilə imzalanmış müqavilənin ləğvinə dair Nazirlər Kabinetinə rəsmi müraciətimizi təsdiq edirik" -deyə Bayva-Enerji şirkətinin mətbuatla əlaqələr şöbəsinin rəisi Tahir Əlirzayev Trend ə bəyan edib.

Onun sözlərinə görə, müqavilənin ləğv edilməsi səbəbi elektrik şəbəkələrinin idarə edilməsində yaranmış çətinliklərdir. "Aparılan təhlil göstərir ki, elektrik şəbəkələrinin inkişafı üçün 3-4 dəfə artıq vəsait tələb olunur.Öncə, şəbəkələrin idarəyə alınmasında biz belə problemlərlə üzləşəcəyimizi nəzərdə tutmamışdıq.Bundan başqa, regionlarda elektrik enerjisinin tədarükü üçün ödənmələrin həcmi son dərəcə aşağı səviyyədədir ki, bu da bizim üçün böyük problemlər yaradır" -deyə o bildirib.

T.Əlirzayev deyib ki, Bayva-Enerji şirkətinin müraciətinə Nazirlər Kabinetinin nə zaman baxacağı hələlik məlum deyil.Amma şirkət hazırda öz fəaliyyətini dlavam etdirir və regionları elektrik enerjisi ilə təchiz edir.

Bundan öncə, oktyabrın 13-də Bayva-Enerji şirkətinin prezidenti Xaqani Əliyev Trend ə bəyan etmişdi ki, şirkət müqavilənin ləğvinə dair ölkə hökumətinə sənədlər təqdim etməyib. "Biz Nazirlər Kabinetinə həlli bizim vəzifələrimizə aid olmayan cari problemlərimiz barədə müntəzəm olaraq müxtəlif bəyanatlar təqdim edirik.Əsasən, bu məsələlər bizim imzaladığımız müqavilənin tənzimlənməsi üzrə aparılır.Söhbət müqavilənin özünün ləğvindən getmir" -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti