...

Aparılmış tədbirlər nəticəsində sentyabr ayı ərzində Barmek Azərbaycana $74,3 min vəsait keçirilib

Energetika Materials 17 Oktyabr 2005 16:32 (UTC +04:00)

"Müştərilərə 1 saylı xidmət mərkəzində aparılmış tədbirlər nəticəsində sentyabr ayı ərzində Barmek Azərbaycan şirkətinə (Bakı və Sumqayıtın enernji paylayıcı şəbəkəsi) 341 777 196 manat ($74,3 min) keçirilib". Şirkətdən Trend ə verilən məlumata görə, mərkəz sentyabrın 10-dan fəaliyyətə başlayıb. Bu dövr ərzində müştərilərə xidmət mərkəzinə 4637 abunəçi müraciət edib. Onların 763 nəfəri ümumi problemlər, 203 nəfər texniki şərtlər, 1500 nəfər müxtəlif məlumatlar almaq, 2171 nəfər isə istifadə olunmuş elektrikenerjeisinə görə borcun ödənilməsi ilə əlaqədar müraciət edib.

Yeni mərkəz bütün həftə saat 08:30-dan 21:00-dək fəaliyyət göstərir. Burada abunəçilərin istənilən suallarına cavab verilir, ödənişlər və xəbərdarlıqlarla bağlı problemlər həll olunur.

Barmek Azərbaycan ilini sonuna kimi Sumqayıt və Xaçmazda da belə mərkəzlər açmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti