...

9 ayda Barmek istehlakçılara 8557,31 milyon kvt/s elektrik enerjisi verib

Energetika Materials 17 Oktyabr 2005 17:51 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Barmek Azerbaijan şirkəti Bakı və Sumqayıt elektrik şəbəkəsinin istehlakçılarına 8557,31 milyon kVt/s elektpik enerjisi satıb. Şirkətdən Trend ə verilən məlumata görə, sentyabrda istehlakçılara 81 740 693,5 min. manat ($17,7 milyn.) müqabilində 702,82 milyn. kVt/s enerji satılıb. İstehlakçılar satılan enerjinin 64,1% -ni və ya 52 397 496,7 min manatını ($11,4 milyn.) dəyiblər. Burada əhali kateqoriyasından olan abonentlərin payına 38,1% və ya 8 511 791,9 min manat ($1,8 milyn.) düşür.

Bakıya elektrik enerjisinin satışının həcmi 59 865 336,734 min manat ($13 milyn.) təşkil edir ki, abonentlər bu həcmin 62,2% -ni ödəyüib. Buradan əhali kateqoriyasına daxil olan abonentlər 39,9% təşkil edir.

"Sumqayıtelektrikşəbəkə"nin abonentləri 21 875 356,8 min manatlıq ($4,7 milyn.) elektrik enerjisindən istifadə ediblər və bunun üçün müvafiq olaraq 69,4% yaxud 2 072 484 min manat ($00,4 milyn.) və ya 33,5% vəsait ödəyiblər.

2004-cü ildə Barmek Azerbaijan Bakı və Sumqayıtdakı istehlakçılara 10 563,65 milyn. kVt/s elektpik enerjisi satıb ki, bunun da dəyərinin 1,1%-i ödənilib.

Xəbər lenti

Xəbər lenti