...

Azərbaycanın regionlarında əhalini enerji ilə təmin etmək məqsədilə Azərenerji SC-yə konkret tapşırıqlar verilib

Energetika Materials 19 Oktyabr 2005 16:38 (UTC +04:00)

Regionların, o cümlədən Əli-Bayramlı, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətlənməsi üzrə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamın həyata keçirilməsi ilə əlaqədar Azərenerji SC-yə konkret tapşırıqlar verilib.

SC-nin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, sənəddə Əlibayramlı DRES-nin əsaslı surətdə bərpası layihəsinin hazırlanaraq həyata keçirilməsi prosesinin sürətləndirilməsi öz əksini tapıb. Keçən əsrin ortalarında tikilmiş elektrik stansiyasının əsas avadanlıq və fondları köhnəlib. Enerji bloklarının məhsuldarlılığı olduqca aşağı düşüb. Saatda 1 kVt enerji istehsalına 500-600 qr şərti yanacaq sərf olunur. DRES-in modernləşdirilməsi 2005-2007-ci illərdə həyata keçiriləcək.

Sərəncamda əsas diqqət modul stansiyaların tikintisi layihəsinə yönəldilib, ölkənin müxtəlif rayonlarında onların iqtisadi potensialının inkişafına təkan verəcək, həmçinin, qışda əhalinin enerji problemini həll etməyə imkan verəcək 52 modulun quraşdırılmasının tezliklə başa çatmasının zəruriliyi qeyd olunub.

Sənəddə Saatlı rayonunda 16 MBA gücündə transformatorun 40 MBA gücündə transformatorla əvəz olunması nəzərdə tutulub ki, bu da elektrik enerjisinin paylanmasının etibarlılığını artıracaq. Gədəbəy və Qazax rayonlarının elektrik enerjisi ilə təmin olunmasının yaxşılaşdırılması üçün prezident tərəfindən 2005-2006-cı illərdə 110 kV-luq Zəyəm-Gədəbəy EÖX-nin tikintisini başa çatdırmaq, 35 kV-luq "Ağstafaçay" EÖX-ni 35 kV-luq "Dağkəsəmən" EÖX-dən ayırmaq tapşırığı verilib.

Xəbər lenti

Xəbər lenti