...

Barmek Azerbaycan elektrik şəbəkələrinin qış mövsümünə hazırlığını aparır

Energetika Materials 19 Oktyabr 2005 19:10 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərinin enerjipaylayıcı şəbəkəsinin operatoru) payız-qış mövsümünə hazırlıq çərçivəsində fəal iş aparır.Bu barədə Trend ə şirkətin prezidenti Hüseyn Arabul bildirib.

Onun sözlərinə görə, hazırda EÖX-in dəyişdirilməsi və transformatorların quraşdırılması üzrə işlər aparılır. "Bu, qışda şəhər və rayonları elektrik enerjisi ilə problemsiz təchiz etməyə imkan verəcək.Bu istiqamətdə səmərəlilik qaz təchizatından asılı olacaq" -deyə o qeyd edib.

Bayva-Qərbenerji və Bayva-Cənubenerji enerjipaylayıcı şəbəkələrinin operatoru olan Bayva-Enerji də qış mövsümünə hazırlaşır. Bayva-Enerji şirkətinin prezidenti Xaqani Əliyev Trend ə bildirib ki, regionların, o cümlədən Əli Bayramlı, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Azərbaycan prezidenti İlham Əliyevin sərəncamının gerçəkləşdirilməsi ilə bağlı olaraq işlər aparılır.

Xəbər lenti

Xəbər lenti