...

Azərbaycanda energetiklər günü qeyd olunub

Energetika Materials 20 Oktyabr 2005 20:09 (UTC +04:00)

"Trend bildirir ki, oktyabrın 20-də Azərbaycan energetiklər günü münasibətilə Azərenerji SC M.Maqomayev adına Dövlət filarmoniyasında təntənəli tədbir keçirib.Tədbirdə baş nazirin müavini Yaqub Eyyubov, sənaye və energetika naziri Məcid Kərimov, ARDNŞ prezidenti Natiq Əliyev, Azəriqaz QSC-nin sədri Əlixan Məlikov, Azərenerji SC-nin prezidenti Etibar Pirvediyev, MDB Energetika şurasının sədri E.Mişuk, müxtəlif enerji obyektlərinin, enerjipaylayıcı şirkətlərin, hökumət orqanlarının nümayəndələri, AMEA-nın alimləri və başqaları iştirak edib.

E. Pirverdiyev qeyd edib ki, Azərbaycanda elektrik enerjisinin istehsalına 1873-cü ildə başlanılıb. 1915-ci ildə ölkə generasiya güclərinə malik olmasına görə üçüncü yeri tuturdu. Azərenerji 1935-ci ildə yaradılıb və cari ildə 70 illiyini qeyd edir.SC prezidenti elektrik enerjisi sektorunda perspektivli planlar barədə danışıb.O, həm də qeyd edib ki, bayram münasibətilə enerji sahəsindəki işçilərin əmək haqqı 15% artırılıb.

Xəbər lenti

Xəbər lenti