...

Azəriqaz oktyabrın sonuna kimi İmişli rayonunun qazlaşdırılmasını başa çatdıracaq

Energetika Materials 21 Oktyabr 2005 14:37 (UTC +04:00)

Azəriqaz Qapalı Səhmdar Cəmiyyəti oktyabrın sonuna kimi Azərbaycanın İmişli rayonunun qazlaşdırılmasını başa çatdırmaq niyyətindədir. Bu barədə Trend ə Azeriqaz QSC-nin sədr müavini Nazim Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, burada 33 km-lik İmişli-Saatlı qaz xəttinin təmiri başa çatıb.

Azeriqaz 2008-ci ilə kimi Azərbaycanın daha 3 rayonunu (Beyləqan, Lerik, Yardımlı) qazlaşdırmağı planlaşdırıb.

2006-2007-ci illər payız-qış mövsümü üçün Beyləqan və Ağcabədi, 2008-ci ildən isə Lerik və Yardımlı rayonlarının qazla təchizatı bərpa ediləcək. Yuxarıda göstərilən 4 rayonun qazlaşdırılması üçün 82,5 milyard manatlıq ($17,5 milyondan çox) investisiya lazımdır. Eləcə də, Beyləqan rayonun qazla təchliz olunması üçün 24 mlryd. manat ($5,1 mlyn.) vəsait tələb olunur ki, burada 65 km uzunluğunda qaz kəməri yenidən qurulmalıdır. Ağcabədi üçün 16,5 milyard manat ($3,5 mlyn.) tələb olunur ki, burada 45 km-lik qaz kəmərinin, İmişlidə 90 km-lik qaz kəmərinin çəkilişi üçün 10,5 milyard manat ($2,23 milyon), Yardımlıda 42 km -lik kəmərin çəkilişi üçün 10,5 milyard manat ($2,23 milyon), Lerikdə 79 km-lik kəmərin çəkilişi üçün 21 milyard manat ($4,45 milyon) vəsait tələb olunur.

Bu işlər Azərbaycanın regionlarının sosial-ziqtisadi inkişafı üzrə Dövlət proqramı çərçivəsində həyata keçirilir. Hazırda Bakı ilə yanaşı daha 49 rayon təbii qazla təmin olunur.

Xəbər lenti

Xəbər lenti