...

Etibar Pirverdiyev: "Ölkəyə verilən elektrik enerjisində problem olmayacaq"

Energetika Materials 21 Oktyabr 2005 16:03 (UTC +04:00)

"Ölkəyə verilən elektrik enerjisində problem olmayacaq". Bu barədə Trend agentliyinə Azərenerji Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev bildirib.

E.Pirverdiyev "Problemlər daimi deyil, hər şey yaxşıdır" - desə də vurğulayıb: "Ola bilər ki, ölkədə elektrik problemi qışda yarana bilsin. Bu da təbii qazın verilməsində mövcud olan problemlərlə əlaqələndirilə bilər. Güman edirəm ki, bu problem də ötəri olacaq".

Azərenerji Səhmdar Cəmiyyətinin prezidenti onu da qeyd edib ki, hazırda rayonlarda elektrik enerjisi problemi yoxdur: "Qışa tam hazırıq". Onu da qeyd edək ki, E.Pirverdiyev əlavə enerjinin alınması ilə bağlı məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti