...

ARDNŞ Günəşli yatağının azsulu hissəsində yeni istismar quyusunun qazmasına başlayıb

Energetika Materials 22 Oktyabr 2005 15:06 (UTC +04:00)

ARDNŞ Günəşli yatağının azsulu hissəsində yeni istismar quyusunun qazmasına başlayıb.Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

QMSP- N8 dəniz stasionar platforması ilə qoyulmuş N232 quyusunun layihə dərinliyi 3000 metr təşkil edir.Hazırda təxminən 600 metr qazılıb.Qazma işlərinin başa çatdırılması 2006-cı ilin əvvəlinə planlaşdırılıb.

Günəşli yatağının azsulu hissəsinin işlənib-hazırlanması 1980-ci ildən aparılır.Bu, Abşeron yarımadasının cənub-şərqində yerləşir və Azərbaycan neftini 65%-dək, ölkənin dəniz hasilatını isə 83% təmin edir.Sahənin qalan ehtiyatları 94-130 mln. ton neft olaraq qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti