...

ARDNŞ "Hövsan" yatağında yeni quyunun qazmasına başlayıb

Energetika Materials 24 Oktyabr 2005 18:54 (UTC +04:00)

ARDNŞ "Hövsan" yatağında yeni quyunun qazmasına başlayıb. ARDNŞ-də Trend ə bildirilib ki, quyunun layihə dərinliyi 3700 metr təşkil edir.Hazırda təxminən 200 metr qazılıb. Orta sutkalıq qazma sürəti 50 metrdir.

ARDNŞ-də qeyd olunub ki, Qum adası NQÇİ-nin sifarişilə işləri Qum adası qazma işləri İdarəsi həyata keçirir.İdarə "Hövsan" yatağında həm də №1721 quyunun qazmasını aparacaq.Quyunun layihə dərinliyi 3800 metr təşkil edir.

ARDNŞ-də həm də qeyd olunub ki, quyunun 2006-cı ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.

Qum adası qazma işləri İdarəsi ilin əvvəlindən 16048 metr qazıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,1% çoxdur.Həmin dövr ərzində Qum adası NQÇİ plana müvafiq olaraq iki yeni quyu istismara verib.Cari ilin 9 ayı ərzində NQÇİ 128423 ton neft və 263427 min m3 qaz hasil edib.

Xəbər lenti

Xəbər lenti