...

ABƏŞ "Azəri" yatağında səkkizinci quyunu istismara verib

Energetika Materials 26 Oktyabr 2005 12:50 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) oktyabrda "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsinə daxil olan "Azəri" yatağının mərkəzi hissəsində (MA) səkkizinci quyunu istismara verib.Bu barədə Trend ə ABƏŞ-də bildirilib.

Şirkət nümayəndəsinin sözlərinə görə, səkkizinci quyu sutkada 16 min bar. Azəri Light nefti hasil edir.Qeyd edək ki, ötən yeddinci quyunun debeti 20 min bar. xammal təşkil edir. "Bu gün "Azəri"nin mərkəzi hissəsində səkkiz istismar quyusunda ümumi neft hasilatı sutkada 240 min bar. təşkil edir" -deyə ABƏŞ-də bildirilib.

ABƏŞ-də qeyd olunub ki, "Azəri" yatağının mərkəzi hissəsindəki növbəti - doqquzuncu quyu şlamın vurulması üçün nəzərdə tutulub.Onuncu quyu suvurucu, 11 və 12-ci quyular isə istismar quyuları olacaq.

"Azəri"nin mərkəzi hissəsində platformanın istismarının səmərəliliyi 82,2% təşkil edir. 2005-ci ildə MA yatağında neftin ümumi hasilatının təxminən 39 mln. barelə (sutkada orta hesabla 106,000 barel) bərabər olacağı ehtimal olunur

Xəbər lenti

Xəbər lenti