...

Gobustan Operating Company Dövlət Neft Şirkətinə ilk qaz satışının başlanması münasibətilə mərasim keçirəcək

Energetika Materials 27 Oktyabr 2005 12:56 (UTC +04:00)

2005-ci ilin dekabrında Gobustan Operating Company Ltd (GOC) "Cənub-Qərbi Qobustan" müqavilə sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə bundan əvvəl bağlanan "alqı-satqı" müqaviləsinə əsasən kommersiya qazının satışına başlanması münasibətilə təntənəli mərasim keçirəcək. Qazın qiyməti 1 milyon BTU üçün 1,29 dollardır.

Layihəyə yaxın olan mənbədən Trend ə məlum olub ki, birinci mərhələdə GOC ARDNŞ-ə "Cənub-Qərbi Qobustan" da qazılan 4 quyudan hər sutka 400 min kubmetr (ildə 146 miln. kubmetr) qaz satmağı planlaşdırıb.

GOC podratçıları hazırda müqavilə sahəsində ARDNŞ-lə qaz əməliyyatları aparmaq üçün zəruri olan qaz kompressor stansiyasının ttikintisi üzrə tamamlama işləri həyata keçirirlər.

ARDNŞ-lə bağlanan PSA üzrə müqaviləyə görə "Öqo-Zapadnıy Qobustan"ın işlənməsi ilə GOC əməliyyat şirkəti məşğul olur. Gobustan Operating Company 80% iştirakla Commonwealth Gobustan Limited şirkətinə, 20% -lə ARDNŞ-ə təhkim edilib. Commonwealth Gobustan Limited 37,17%-lə Arawak Energy-yə, 62,83% -lə China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.

Müstəqil neft-qaz məsləhətçisi Ryder Scott-un məlumatına görə, yatağın sübut edilən ehtiyatları 51,6 miln. barel neftə, ümumi ehtiyatlar (sübut olunan və üstəgəl mümkün ehtiyatlar) 135,4 miln. barel neftə bərabərdir. Bu zaman sübut edilən neft ehtiyatları 15,8 miln. barel neft və 214,65 miln. kubmetr qaza bərabərdir. Ümumi (sübut olunan üstəgəl mümkün) ehtiyatlar 66,6 miln. barel neftə və 412,933 miln. Kubmetr qaza bərabərdir.

2005-ci ildə GOC-un kapital xərcləri $6,5 miln. həcmində müəyyən edilib

Xəbər lenti

Xəbər lenti