...

Noyabrın 5-7-də Azərbaycanın milli enerji sistemi gücləndirilmiş iş rejiminə keçəcək

Energetika Materials 27 Oktyabr 2005 14:36 (UTC +04:00)

Noyabrın 5-7-də Azərbaycanın milli enerji sistemi Azərbaycan prezidentinin ölkənin Milli Məclisinə seçkilərə hazırlıq və keçirilməsi ilə bağlı olaraq təxirəsalınmaz tədbirlər haqqında sərəncamının yerinə yetirilməsi çərçivəsində gücləndirilmiş iş rejiminə keçəcək. Trend bildirir ki, bu barədə Azərenerji SC-nin oktyabrın 27-də yaydığı press-relizdə deyilir.

Sərəncamın yerinə yetirilməsi çərçivəsində Azərenerji SC Etibar Pirverdiyevin rəhbərliyi ilə qərargah yaradılıb və tapşırığı parlament seçkiləri günü enerji obyektlərinin fasiləsiz işlə təmin edilməsi üzrə tədbirlərin təşkil edilməsidir. Azərenerji SC-nin baş mühəndisi Saleh Məmmədovun sözlərinə görə, bu günlərdə elektrik stansyialarında işin irəliləyişi üçün bloklarda planlı təmir əməliyyatları dayandırılacaq, yüksək voltlu yarımstansiyaların əsas avadanlığının və EÖX-nin təftişi başlayacaq.

"SC-nin istehsçal potensialı parlament seçkiləri dövründə kifayət həcmdə elektrik enerjisi istehsal etməyə imkan verəcək.Həmçinin elektrik enerjisinin yüksək voltlu EÖX ilə keyfiyyətli nəqli təmin ediləcək.Bütün şəhər və rayonların enerji təchizatında problem olmamalıdır" -deyə S.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti