...

GOC "Cənub Qərbi Qobustan" yatağındakı yeni qaz quyusunda qazma işlərini başa çatdırıb

Energetika Materials 27 Oktyabr 2005 17:44 (UTC +04:00)

Gobustan Operating Company (GOC)"Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin tərkibinə daxil olan "Duvannı" yatağındakı yeni qaz quyusunda qazma işlərini başa çatdırıb. Dövlət Neft Şirkətindən Trend ə verilən məlumata görə, quyunun dərinliyi 3000 metrdir.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, hazırda quyuda yoxlama aparılır. "Qazma qurğusunun yeri dəyişdirilərək qiyməti quyunun qazılması üçün "Kənizdağ yatağına aparılıb"", - deyə ARDNŞ-dən bildirilib. Bundan əvvəl qazma avadanlığının çatışmaması üznüdən burada qazma işləri 3 min metrdən artıq dərinlikdə saxlanılıb.

2005-ci il üçün GOC -un kapital xərcləri $6,5 miln. Həcmində müəyyən edilib. Bu zaman $4 miln "Cənub-Qərbi Qobustan"da 5 müxtəlif quyunun qazılmasına sərf ediləcək.

Xəbər lenti

Xəbər lenti