...

Yanvar-sentyabr aylarında "Azneft" İB-nin qaz və neft hasilatının orta maya dəyəri artıb

Energetika Materials 28 Oktyabr 2005 11:51 (UTC +04:00)

2005-cm ilin yanvar-sentyabr aylarında "AR DNŞ-in tərkibinə daxil olan "Azneft" İB tərəfindən hasil edilmiş 1 ton neftin orta dəyəri 203 039 manat ($44,1) təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 13728 manat ($2,9) çoxdur.

Azərbaycan Dövlət Neft Şirkəti nümayəndəsinin sözlərinə görə, bu dövrdə 1000 m3 qazın orta maya dəyəri də artıb. 2005-ci ilin yanvar-sentyabr aylarında həmin göstərici 119 097 manat ($25,9) olub. Bu isə 2004-cü ilin analoji dövrü ilə müqayisədə 14300 manat ($3,1) çoxdur.

Yanvar-sentyabr aylarında "Azneft" İB-nin balansına daxil olan neft-qaz çıxarma idarələri tərəfindən 6 mln tona yaxın neft hasil edilib ki, bu da 2004-cü ilin analoji dövründən 0,5% azdır. Hasil edilmiş qazın həcmi isə mlrd m3-dir. Bu rəqəm 2004-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,5% azdır.

Xəbər lenti

Xəbər lenti