...

Azəriqaz QSC "Qaradağ" və "Kalmaz" yeraltı qaz ambarlarına qaz vurulmasını tamamilə başa çatdırıb

Energetika Materials 28 Oktyabr 2005 17:18 (UTC +04:00)

Azəriqaz QSC əhalinin qış mövsümündə qaz təchizatı üçün "Qaradağ" və "Kalmaz" yeraltı qaz ambarlarına (YQA) qaz vurulmasını tamamilə başa çatdırıb. Bu barədə Trend ə Azəriqaz QSC sədrinin müavini Nazim Səmədzadə bildirib.

Onun sözlərinə görə, YQA-na ümumilikdə 1,026 mlrd. m3 qaz vurulub.

QSC-nin yanacaq-energetika kompleksi balansına bu il 700 mln.m3. qaz yığılması tapşırılıb. Amma Nazirlər Kabinetinin sərəncamına əsasən, YQA-na 1 mlrd. m3 qaz vurulub və Azəriqaz oktyabrın 20-də bu tapşırığı yerinə yetirib.Hazırda Bakı ilə yanaşı Azərbaycanın 53 rayonundan 49-u təbii qaz ilə təchiz edilir.

Xəbər lenti

Xəbər lenti